Kredit Hesabatı Kredit Hesabatı

Kredit hesabatı - "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanunla icazə verilən məqsədlər və həcm daxilində məlumat istifadəçilərinə kredit tarixçəsindən verilən məlumata deyilir. Biznes subyekti olaraq borcalanlarınızın kredit qabiliyyətini qiymətləndirmək məqsədilə kredit hesabatı əldə etmək üçün Büronun tərəfdaşı olmaq tələb olunur.

Bununla yanaşı Büro istifadəçilərinə öz kredit hesabatlarını əldə etməyə imkan yaradır. Bunun üçün daha ətraflı “MyBureau kabinet” linkinə daxil olaraq kredit hesabatınızı əldə edə bilərsiniz.


Azərbaycan Kredit Bürosundan çıxarış aşağıdakı bölmələrdən ibarətdir:

• borcalanın şəxsi məlumatları;

• kredit məlumatlarının icmalı;

• Borcalan haqqında edilmiş sorğular barədə məlumat;

• borcalanın aktiv öhdəlikləri;

• borcalanın bağlanmış öhdəlikləri;

• borcalanın zamin olduğu olduğu öhdəliklər


Borcalanın şəxsi məlumatları

Borcalanın şəxsi məlumatları hissəsində fiziki şəxsin adı, soyadı, atasının adı , hüquqi şəxsin adı, VÖEN-i, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, ünvanı, doğum tarixi və yeri, kredit skoru öz əksini tapır.


Kredit məlumatlarının icmalı

Bu bölmədə borcalanın kredit öhdəliklərinin növləri (kredit, kredit xətti, qarantiya) üzrə bütün aktiv və tam ödənilmiş kreditlərinin, borcalanın zamin olduğu öhdəliklərin manat ekvivalentində icmalı təqdim edilir.


Borcalan haqqında edilmiş sorğular barədə məlumat

Bu bölmədə Şəxs haqqında son 12 ay ərzində edilmiş sorğuların sayı, cavablandırılma tarixi və məqsədi, sorğu etmiş təşkilatların adı (bu hissə yalnız şəxsin özünə açıqlanır) qeyd edilir.


Borcalanın aktiv öhdəlikləri

Hesabatın aktiv öhdəliklər bölməsində borcalanın hər bir aktiv öhdəliyi üzrə daha ətraflı məlumatlar, o cümlədən öhdəliyin forması, valyutası, müddəti, verilmə və bitmə tarixi, məqsədi, ödəniş tərzi öz əksini tapır.


Borcalanın bağlanmış öhdəlikləri

Bu hissədə borcalanın tam ödənilmiş öhdəliklərinin hər biri haqqında ətraflı məlumat verilir.


Borcalanın zamin olduğu öhdəliklər

Bu hissədə borcalanın zamin olduğu bütün öhdəliklər barədə məlumatlar öz əksini tapır. Borcalanın zamin olduğu öhdəliklərin sayı 50-dən artıq olduqda ilk 50 kredit üzrə tam, digərləri üzrə isə icmallaşdırılmış məlumat verilir.